Modern.az

İrlandiyadan Azərbaycana pul köçürmələri 8 dəfə artıb

İrlandiyadan Azərbaycana pul köçürmələri 8 dəfə artıb

İqtisadiyyat

Bu gün, 22:31

Bu ilin I rübündə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,590 milyon ABŞ dolları təşkil edib.

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,4 milyon ABŞ dolları və ya 7,8 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İrlandiyanın payı 8,3% təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında ilk üçlükdə qərarlaşıb.

Hesabat dövründə əks istiqamətdə pul köçürmələri qeydə alınmayıb.

Ümumilikdə, 2026-cı ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 103,936 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 7,8% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 296,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 67,4 milyon ABŞ dolları və ya 29,4% çoxdur.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə