Modern.az

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Hadisə

17 İyul 2026, 23:24

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfovdur.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...