Modern.az

Azərbaycanın millisi İsveçrəni məğlub edib

Azərbaycanın millisi İsveçrəni məğlub edib

İdman

Bu gün, 02:11

Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.

Bu barədə Modern.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.

Qeyd edək ki, yığmanın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə