Arxiv
12 Sentyabr 2020, 17:47 | QARABAĞ
Prezidentin köməkçisi ön cəbhədə - FOTOLAR  
Prezidentin köməkçisi ön cəbhədə - FOTOLAR  

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

 

Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.

 

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

 

Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

 

Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.

 

Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:01, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 36 ölü 12:48, Bu gün Ermənilər sentyabr döyüşlərində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı 12:43, Bu gün ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı 12:40, Bu gün Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası 12:38, Bu gün “Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA 12:38, Bu gün Rusiyadan Azərbaycana 309 min nəfər gəlib 12:30, Bu gün Azərbaycan Ordusu qış rejiminə keçir - VİDEO 12:26, Bu gün Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib 12:22, Bu gün Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib 12:18, Bu gün Ərdoğan Paşinyan və Makronla görüşə yollandı 12:14, Bu gün Millimiz FİFA reytinqində 5 pillə irəlilədi 12:10, Bu gün Mətbuat Şurasının sədr müavini: “Yeniliklər etməyə çalışacağıq” 12:06, Bu gün Erməni meyitləri ilə bağlı görüntülər saxtadır - RƏSMİ 12:02, Bu gün Edillidə erməni əsirliyində olmuş şəxs vəfat etdi 11:58, Bu gün Ermənilər Azərbaycana 16 milyarddan çox ekoloji ziyan vurub 11:50, Bu gün İtaliya baş nazirinə 100 inək əvəzində evlənmə təklifi EDİLDİ 11:48, Bu gün Araz Əlizadə vəfat etdi 11:46, Bu gün I Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI 11:44, Bu gün GDU-da məlumat sessiyası keçirilib - FOTOLAR 11:42, Bu gün 130-dan çox hərbçinin meyiti Ermənistana qaytarılıb 11:40, Bu gün Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı 11:36, Bu gün