Arxiv
14 Sentyabr 2020, 11:06 | ÖLKƏ
Qaydalara əməl edilsə də, əyani təhsilə cəlb olunan uşaqlar risk altındadır - Baş pediatrdan ÇAĞIRIŞ

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, 15 sentyabrda Azərbaycanda 2020/2021-ci tədris ilinə virtual və əyani formada olmaqla, start verilir.

 

Ölkənin baş pediatrı Nəsib Quliyev Modern.az vasitəsilə müəllim, şagird və validyenlərə bir sıra tövsiyələrini verib.

 

N.Quliyev deyib ki, təlildən sonra kollektivlərə qayıdan uşaqlarda yoluxucu xəstəliklərə həssaslıq yaranır:

“Nəzərə almaq lazımdır ki, dünyada baş verən pandemiya səbəbindən bu il təlil müddəti daha uzun çəkdi. Ona görə də istər validyenlər, istər müəllimlər, istərsə də şagirdlər bu məsələlərdə məsuliyyətlərini dərk etməlidirlər. COVİD-19 virusunun baş qaldırdığı bir vaxtda həm də payız mövsümünü qarşılamağa hazırlaşırıq. Ona görə də daha da diqqətli olmaq lazımdır. Ümumiyyətlə, istər qrip, istərsə də COVİD-lə mübarizə üsulu mahiyyət etibarilə dəyişmir. Şəxsi qoruyucu vasitələrdən, maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, tibbi spirtdən istifadəyə xüsusi diqqət ayırmaq lazımdır.

Sabahdan ibtiadi sinif şagirdləri əyani təhsilə cəlb ediləcək. Yəni nəzərə almalıyıq ki, uşaqlar müstəqil olaraq özlərini idarə edə bilmir, gigiyenik qaydalara əməl etmək iqtidarında deyillər. Ona görə də daim müəllimlərin, tibb işçilərinin və validyenlərin onlara qayğısı mütləqdir.

Bütün qaydalara riayət edilsə də, nəzərə almalıyıq ki, əyani təhsilə cəlb olunan uşaqlar daim risk altında olacaqlar. Amma təhsildən də qala bilmərik. Ona görə də daim  bu məsələlərə diqqət etmək lazımdır”.

 


Baş pediatr uşaqların səhər yeməyində normal qidalanmasının vacib olduğunu diqqətə çatdırıb:

“Uşaqları ac şəkildə məktəbə göndərmək olmaz. Bütün vasitələrdən istifadə etməklə, daim uşaqlarımızın səhhətini bacardığımız qədər təhlükədən qorumalıyıq. Həm təhsil almalıyıq, həm də övladlarımızın səhhətini qayğı göstərməliyik”.

 

N.Quliyevin sözlərinə görə, hazırda mövsümi xəstəliklərlə bağlı statstika stabil vəziyyətdədir:

 

“Koronavirusla bağlı əks-epidemik tədbirlər ciddi şəkildə tətbiq edildiyindən qrip virusuna yoluxma olduqca cüzidir. Biz COVİD-lə mübarizədə həm də digər infeksiyalardan da qorunmuş oluruq. Ona görə də hazırda qrip virusuna yoluxma dəfələrlə azalıb. Amma biz heç nəyə arxayınlaşa bilmərik. Bütün mümkün vasitələrdən istifadə etməklə övladlarımızı, həmçinin müəllimlərimizi virus təhlükəsindən sığortalamış olarıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbi vəziyyət və səfərbərlik elan etməyə HAZIRLAŞIR 27 Sentyabr 2020, 12:23 Müdafiə Nazirliyi: “Cəbhə boyu şiddətli döyüşlər gedir” 27 Sentyabr 2020, 12:20 Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başladı - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37