Modern.az

Direktor və müəllimlər kurslara cəlb olunacaqlar

Direktor və müəllimlər kurslara cəlb olunacaqlar

Təhsil

14 Sentyabr 2020, 11:22

Direktor və müəllimlər distant təhsilin təşkili ilə bağlı kurslara cəlb ediləcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı əmrdə bildirilib.

 

Əmrdə qeyd edilib ki, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən) təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlb edilməsi məsələsi həll edilməlidir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir