Modern.az

Lukaşenko Putinə təşəkkür etdi: “Dost dar gündə tanınar”

Lukaşenko Putinə təşəkkür etdi: “Dost dar gündə tanınar”

Dünya

14 Sentyabr 2020, 17:47

Rusiyanın Soçi şəhərində görüşən Rusiya və Belarus liderləri bir sıra razılıqlar əldə ediblər.

Modern.az Rusuya KİV-nə istinadən xəbər verir ki, Moskva Belarus 1,5 miltard dollarlıq kredit verəcək, iki ölkə Belarusda birgə hərbi təlim keçirəcək.

 

Putin Belarusla ölkəsi arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya Birliyi çərçivəsində imzalanan bütün müqavilələrin qüvvədə olduğunu təkrarlayıb.

 

Lukaşenko isə Putinə seçkisonrası etirazlar fonunda Minskə verdiyi dəstəyə görə, təşəkkür edib.

“Son hadisələr göstəri ki, böyük qardaşın yanında olmaq lazımdır. Dost dar gündə tanınar, bunu səmimi deyirəm”.

 

Lukaşenko koronavirusa qarşı hazırlanmış ilk vaksin partiyasının məhz Belarusa ayrılmasına görə də Putinə ayrıca təşəkkür edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı