Arxiv
15 Sentyabr 2020, 09:53 | HADİSƏ
Koronavirus bizdən nə aldı, bizə nə verdi?...

2020-ci il başlayandan bugünədək həyatımızı, planlarımızı 360 dərəcə dəyişən COVID-19 pademiyası hələ də təsirlərini göstərməkdədir. Hətta mütəxəssislər qarşıdakı payız mövsümündə koronavirusun ikinci dalğasının balayacağını, vəziyyətin daha da çıxılmaz olacağını anons edirlər.

 

Maraqlıdır ki, Azərbaycanda sərt karantin rejiminin tətbiq edilməyə başladığı mart ayından bu yana, COVID-19 bizdən nələri aldı, bizə nə nələri verdi?

 

“Pandemiya göstərdi ki, vətəndaşımız öz tikəsini qonşusu ilə bölməyə hazırdır”

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, pandemiya əslində bəzi şeylərlə bağlı müəyyən dəyərləndirmə aparmaq imkanı verdi:

“Biz bir daha əmin olduq ki, Azərbaycanın kifayət qədər güclü dövləti və operativ idarəetmə sistemi var. Koronavirusla mübarizədə də cənab Prezident başda olmaqla dövlətin bütün strukturları qarşıya qoyulan vəzifələri yerinə yetirdilər və bugünədək mübarizədən az itki ilə çıxmamız təmin olundu. Nəzərə alaq ki, pandemiya bitməyib və bu mübarziə hələ də davam etməkdədir.
 

Eyni zamanda, koronavirus pandemiyası bir daha onu göstərdi ki, Azərbaycan sosial dövlətdir. Vətəndaşlarının sosial müdafiəsi dövlətin daxili siyasətinin mühüm tərkib hissəsidir. Buna görə də cənab Prezidentin martın 19-da verdiyi sərəncam, həmçinin, o sərəncamdan irəli gələrək, Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planı həm iş yerlərinin qorunub saxlanılması, həm qeyri-formal şəraitdə işləyən insanlara 190 manat məbləğində dövlət dəstəyinin göstərilməsi, həm dövlət, həm də özəl sektorda çalışanların maaşının dövlət büdcəsi hesabına verilməsi, ünvanlı dövlət sosial yardımı alanların, özünüməşğulluq proqramına cəlb olunanların, ictimai işlərə cəlb olunanların sayının artırılması, pensiya və müavinətlərin vaxtında verilməsinin təmin edilməsi və s. kimi addımlar sistemin tam mükəmməl olduğunu göstərdi.


Eyni zamanda, pandemiya göstərdi ki, Azərbaycanda kifayət qədər humanist bir cəmiyyət formalaşıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddət ərzində 100 mindən çox ailəyə humanitar ərzaq yardımı göstərildi. Xüsusilə mart-aprel aylarında tətbiq edilən sərt karantin dövrü göstərdi ki, vətəndaşımız öz tikəsini qonşusu ilə bölməyə qadirdir.


Digər tərəfdən, pandemiya göstərdi ki, Azərbaycanda dövlət və cəmiyyət arasında kifayət qədər harmonik münasibət formalaşıb. Cənab Prezidentin tapşırığına dövlət qurumları, cəmiyyət, xüsusən də Qeyri-Hökumət Təşkilatları adekvat reaksiya verdilər. Həm koronavirusla mübarizə vaxtı tənha insanlara evlərdə məişət xidmətinin göstərilməsi, həm ərzaq paylarının paylanılması, həm də vətəndaşlarımızın cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsünə qoşularaq, Koronavirusla Mübarizə Fonduna ianələr etməsi göstərdi ki, Azərbayanda ölkə rəhbərliyi, dövlət strukturları ilə sadə vətəndaşlarımız arasında çox harmonik münasibət formalaşıb.

 

Qısa müddət ərzində 45-ə yaxın klinika koronavirusla mübarizəyə səfərbər olundu. 10 modul tipli klinika tikilərək istifadəyə verildi. 40-dan çox yeni laboratoriya yaradıldı. Hansı ki, fevral ayında test keçirmək üçün cəmi 2 laboratoriyamız vardı. Bütün bunların hamısı dövlət vəsaiti hesabına həyata keçirildi”.

 


“Axsayan sahələr, yoxsul əhalinin sayı, ehtiyaclı insanların…”

 

Komitə sədri hesab edir ki, pandemiya həm də bir çox sahələrdə axsamaların olduğunu üzə çıxardı:


“Xüsusilə uçot sisteminin şəffaf olmaması, qeyri-məşğul əhalinin, yoxsul insanların, ərzaq və digər yardımlara, iş yerinə ehtiyacı olan adamların  uçotunun aparılmasında müəyyən axsamaların olduğunu gördük. Reallıq göstərdi ki, bu sahələrədəki statistikaların dəqiqləşməsinə ciddi ehtiyac var.

Bu baxımdan “Koronavirus bizə nə verdi”dən daha çox “Koronavirus bizdən nə aldı”nın cavabı daha genişdir. Təkcə Azərbaycanda deyil, bütün dünyada növbəti 3 il üçün hazırlanan planlar pozuldu, qismən pozuldu yaxud təxirə salındı. Azərbaycanda qarşıdakı 3 ildə qeyri-neft sektorunun, turizmin, kənd təsərrüfatının və nəqliyyat-daşıma sektorunun inkişafına yönəlik planlar hazırlanmışdı. Bu sahələrdən gələn gəlirlər neftin azalan gəlirlərini kompensasiya etmək səviyyəsində idi və yaxın 2 ildə də bizim qeyri-neft sektorunu daha da inkişaf etmiş sektora çevirmək və neftdən asılılığı tam olaraq aşağı salmaq imkanlarımız vardı. Çox güman ki, həmin planlarda korrektələr olacaq. Bildiyiniz ki, dövlət büdcəsinə yenidən baxıldı, həm xərclər, həm də gəlirlər hissəsində müəyyən dəyişikliklər edildi. Eyni zamanda koronavirusla bağlı neftin qiymətinin aşağı düşməsi də müəyyən planlarımızı təxirə salmağa vadar etdi.

 

Xüsusilə turizm sahəsinin ləngiməsi bizi narahat etdi, demək olar ki, bu il turist olmadı. Nəqliyyat daşımları da buna müvafiq olaraq, azaldı. Buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, sosial layihə paketləri daha da genişləndi. Qaçqın və məcburi köçkünlər üçün mənzil tikintisi layihələri davam etdi, Qarabağ əlilləri, Şəhid ailələrinə, həbrçilərə verilməsi nəzərdə tutulan mənzillər tikilərək, verildi”.

 

Təhsildə çox gerilədik…

M.Quliyevin sözlərinə görə, sosial sahədə ləngimələr olmasa da, təhsildə kifayət qədər bizi narahat edən problemlə üz-üzəyik:

 

“Təbii ki, təhsil və səhiyyə arasında seçim qarşısında qaldıqda, övladlarımızın sağlamlığını seçdik. Təhsildə öncədən planlaşdırmadığımız problemlər ortaya çıxdı. Xüsusilə mart ayından sonra məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, ali təhsil ocaqlarının bağlanması ilə onlayn tədrisə hazır olmadığımız meydana çıxdı. Onlayn təhsilin oturuşmuş olmaması ciddi problemləri ortaya qoymuş oldu. Xüsusilə kənd yerlərində internet resursları ilə təminolunma, internet qiymətlərinin kifayət qədər ucuzlaşdırılmasına zərurət olması, hər bir məktəblinin kompüterlə, ən azından planşetlə təmin olunması zərurətinin vurğulanmış olması  və s. bütün bunların hamısı özü ilə bərabər neqativlərin də üzə çıxmasına səbəb oldu. Bəlkə də bu bir fürsətdir ki, həmin problemləri daha qabarıq gördük və onların həlli istiqamətində bəlli işlərə başlanıldı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10