Modern.az

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir - XİN

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir - XİN

17 Sentyabr 2020, 09:55

Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.

 

“Biz Ukraynanın yeni təhlükəsizlik konsepsiyasında Azərbaycanın bu ölkənin strateji tərəfdaşlarından biri kimi müəyyən edilməsini yüksək qiymətləndiririk. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik”, - qeyd olunub.

 

Qeyd edək ki, ötən gün Ukraynada ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyası təsdiq olunub. Strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaşı kimi qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı