Modern.az

Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib

Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib

22 Sentyabr 2020, 11:44

Bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gərginlik yaşanıb. Sərhəddə baş verənlərdən dərhal sonra bir neçə ölkənin Ermənistana silah satması məlum olub. Həmin dövlətlər arasında Serbiya, Rusiya, İordaniya Ermənistana silah satışını həyata keçirib.

 

Eyni zamanda, türkdilli dövlətlər olan Qazaxıstan və Türkmənistanın mövqeyi  təəssüfləndirici olub.  Adıçəkilən dövlətlər Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.


Bu məsələdə qonşu Gürcüstan daha aydın mövqe sərgilədi. İlk vaxtlarda Ermənistana Gürcüstan ərazisindən silah daşınması fikirləri söylənilsə də, bu, özünü doğrultmadı.

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, əgər Gürcüstan üzərindən Ermənistana silah daşınsaydı, bu, iki dövlət arasında böyük ziddiyyətə səbəb ola bilərdi:

“Gürcüstanla Azərbaycan  strateji tərəfdaşdır. Yaxın qonşuluq münasibətləri olduğu kimi,  həm də dostluq əlaqələri  mövcuddur. Ona görə də bütün bunların fonunda heç kəs bu iki dövlət arasında problem yaşandığını istəməz. Bu baxımdan da Gürcüstandan Ermənistana silah daşınmasının təsdiqini tapmaması sevindirici haldır".
 

Azər  Süleymanov Gürcüstanın  Azərbaycana qarşı xəyanət etmədiyini də vurğulayıb:

“Gürcüstanda  yarım milyona yaxın azərbaycanlı yaşayır. Biz də heç vaxt istəmərik ki, iki dövlət arasında hər hansı problem yaşansın. Çünki Gürcüstanın özü separatizmdən, işğalçılıq siyasətindən əziyyət çəkir. Eləcə də Azərbaycanın torpaqları işğal altındadır. Heç vaxt istəmərik ki, hansısa dövlət silah və narkotik dövlətinə çevrilsin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır