Modern.az

“İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti

“İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti

23 Sentyabr 2020, 16:13

Ermənistan Respublika partiyasının sədr müavini, keçmiş vitse-spiker Armen Aşotyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müxalifətçi Aşotyan bildirib ki, İlham Əliyevin son müsahibəsində verdiyi açıqlamalar Paşinyanın əsl simasını göstərir. “İlham Əliyevin açıqlamaları Nikol Paşinyanın üzündəki maskanı cırır. Bu şəraitdə baş nazirin Əliyevə cavab vermək yerinə mənasız müzahirələrini dinləmək, xarici işlər nazirinin həmin açıqlamaları şərh etməkdən imtina etməsi sadəcə absurddur”.

 

Aşotyan Paşinyanın hökumətə rəhbərlik etdiyi dövrdə baş verənlərlə bağlı istintaq komissiyasının yaradılmasının vacibliyindən danışıb. Erməni siyasətçinin fikrincə, informasiya müharibəsində Yerevan Bakıdan ciddi geri qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi