Modern.az

Daha bir futbolçu “Barselona”nı tərk etdi

Daha bir futbolçu “Barselona”nı tərk etdi

23 Sentyabr 2020, 16:36

"Vulverhempton" klubu "Barselona"nın oyunçusu Nelson Semedonu heyətinə qatıb.

 

Modern.az xəbər verir ki, portuqaliyalı oyunçu 28 milyon funt sterlinqə (37 milyon dollar) Premyer Liqa klubuna transfer olub. "Barselona"nın rəsmi saytı Çərşənbə günü bu barədə paylaşım edib.

 

"Barselona" və "Vulverhempton" klubu futbolçu Nelson Semedonu transfer etmək üzrə razılığa gəldi", - deyə bildirilib.

 

Nelson Semedo sosial şəbəkə hesabında "Barselona" rəhbərliyinə və komanda yoldaşlarına təşəkkür edib:

 

“Barselona”ya xəyallarımı gerçəkləşdirməyə - bu formanı geyinməyə, “Kamp Nou”da oynamağa, dünyanın ən yaxşı klubunda öyrənməyə və əylənməyə şərait yaratdığı üçün təşəkkür edirəm. Həm oynamağıma, həm də şəxsən böyüməyimə köməklik etdiyiniz üçün minnətdaram. “Barselona”ya gəldiyim vaxtdan mənim yanımda olan həmkarlarıma, klub işçilərinə və bütün insanlara təşəkkür edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi