Arxiv
23 Sentyabr 2020, 21:15 | AKTUAL
Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsipini əsas götürüb. Şura daim media ilə əlaqələrə və sıx əməkdaşlığa xüsusi üstünlük verib, fəaliyyətinin bütün istiqamətlərinin müntəzəm olaraq mediada işıqlandırılmasına çalışıb.

Şuradan Modern.az-a verilən məlumata görə, təəssüflər olsun ki, “media qurumu” olduğunu iddia edən bəzi saytlar ifadə azadlığı hüququndan, azad söz, azad fikir anlayışlarından tamamilə yanlış formada - şantaj, reketlik yolu və digər qanunsuz vasitələrlə gəlir əldə etmək üçün yararlanmağa cəhd edirlər. Fəaliyyətləri mətbuatın həqiqi mahiyyətinə aidiyyəti olmayan, medianın üz qarası sayılan belə saytlar çirkin niyyətləri reallaşmadığından müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan yalan, şantaj və böhtan xarakterli yazılar yayımlayıblar. Bunlardan bəziləri Şuranın əks-arqumentləri ilə razılaşıb yayımladığı yazıların tamamilə saxta, qurama, yalan olduğunu qəbul edərək üzrxahlıq edib. Həmçinin Şuranın bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciətindən nəticə çıxaran elektron media qurumları da olub. Məlumat üçün bildirirəm ki, 2016-cı ildə Şura haqqında şər-böhtan yazan, nüfuzuna bilərəkdən xələl gətirməyə çalışan və qarşılığında utanıb-çəkinmədən maddi maraq güdən “media” qurumları ilə bağlı Baş Prokurorluğa müraciət də edilib.

Təəssüf ki, hər zaman şəffaf, hesabatlı fəaliyyəti, mediaya açıq olması ilə tanınan Şuraya və onun rəhbərliyinə qarşı bütün əndazəni aşan şantaj xarakterli hücumlar son dövrlərdə yenidən kampaniya xarakteri almağa başlayıb. Şura COVID-19 pandemiyası ilə əlaqədar bütün gücünü Azərbaycan vətəndaşlarına xidmətə, QHT-lərə daha çox dəstək verilməsinə, yerli və beynəlxalq miqyasda milli maraqlarımızın qorunmasına, eyni zamanda QHT-hökumət əməkdaşlığının yeni keyfiyyət mərhələsinə yüksəlməsinə yönəltdiyi bir vaxtda qeyd olunan böhtan xarakterli yazılara diqqət yetirməməyə çalışırdı. Şura dövlətin vətəndaşlara, mətbuata verdiyi azad sözü ifadə etmək hüququnu və xüsusilə medianı (baxmayaraq ki, sözün həqiqi mənasında onları media orqanı və ya jurnalist saymaq mümkün deyil) məhkəməyə verməmək haqda tövsiyələrini əsas götürərək ona qarşı çirkin kampaniya aparanların “fəaliyyəti” ilə bağlı heç bir addım atmırdı. Lakin mənəviyyata, əxlaqa sığmayan, iyrənc böhtan nağıllarının uydurulması və tirajlanmasının davam etməsinə hər zaman susmaq mümkün deyil.

Son 3 ayda bir sıra saytlarda Şura haqqında hüquqa və jurnalistikanın peşəkar prinsiplərinə uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı olaraq həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn cəfəng yazılar (hərçənd buna yazı deməyə də insanın dili gəlmir) yayımlanır, Şura və onun rəhbərliyi haqqında çirkin şər, böhtan kampaniyası aparılır. Bu cür böhtan sicillləmələrinə görə həmin “jurnalistlərə” etirazımızı bildirməyimizə, bütün sualları cavablandırmağa hazır olmağımıza baxmayaraq onların etinasız davranışları və qanunsuz əməllərini davam etdirmələri bir daha belələrinin əsl məqsədinin qarayaxma, böhtan və şantaj olduğunu göstərir.

Biz bir daha Şura və onun rəhbərliyinin fəaliyyətinə ləkə yaxmağa çalışan, böhtan və iftira xarakterli yazılar yayımlayan saytları tutduqları yanlış yoldan çəkinməyə çağırırıq. Əks halda haqqımızda dərc olunmuş böhtan və şantaj xarakterli yazıların yayımlanmasının, işgüzar nüfuzumuzu zədələmək cəhdlərinin qarşısının alınması məqsədi ilə media adına ləkə gətirən belə saytlar barədə aidiyyatı qurumlara və məhkəməyə müraciət ediləcək. Hesab edirik ki, ictimai qınağı nəzərə almayan bu tip “media” nümunələrinin qanunazidd əməllərinə hüquqi qiymət verilməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05 İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb 24 Oktyabr 2020, 14:58 ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb 24 Oktyabr 2020, 14:50 Adil Qeybulla: "Məğlubiyyət ermənilərə güclü psixoloji təsir edir" 24 Oktyabr 2020, 14:42 Təhsil naziri erməni terrorunun qurbanı olan şagirdlərdən YAZDI 24 Oktyabr 2020, 14:35 Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq 24 Oktyabr 2020, 14:27