Arxiv
24 Sentyabr 2020, 13:02 | MƏDƏNİYYƏT
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat

“Qarşıdakı illərdə demoqrafik problemlərlə qarşılaşmamaq, narazı vətəndaşların işini yüngülləşdirməkdən ötrü toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılmalıdır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.


F.Mustafa qeyd edib ki, toyların keçirilməsinə icazə verilərkən koronavirusla bağlı qaydalar sərtləşdirilməlidir:


“Fikrimcə, ümumi toyda iştirak edənlərin sayı 40-50 nəfərdən artıq olmamalıdır. Toyu idarə etmək üçün kiçik kollektivlə bir musiqiçi dəvət edilə bilər. Qonaq sayı az olarsa, zallarda sosial məsafənin gözlənilməsi də təmin edilər. Bütün qaydalara əməl edilməklə toyların keçirilməsinə icazə verilməlidir. Çünki bunu ləngitməyin bir adı yoxdur”.

 

Deputat bildirib ki, toy mərasimi keçiriəcək vətəndaşlar qoyulacaq qaydalardan sui-istifadə etməməlidirlər:


“Elə etməlidirlər ki, yenidən qadağaya gətirib çıxaracaq özbaşınalıqlara yol verməsinlər. Daxil olan müraciətlərdən də görünür ki, xeyli insan bu qadağalardan əziyyət çəkir. Ona görə də bu məsələdə vətəndaşın xeyrinə qərar vermək lazımdır”.

 


Deputatın sözlərinə görə, qonaqlar şadlıq evlərinə daxil olarkən, qapıda hərarətləri ölçülməlidir:


“Şadlıq evləri kifayət qədərdir. 50 nəfərlik qonağın iştirakı ilə keçiriləcək toylarda sosial məsafəni qorumaq da mümkün olacaq. Bu halda, yalnız zala daxil olarkən və çıxarkən maska taxılmalıdır. Onsuz da yemək zamanı maska çıxarılır.

Mütləq şəkildə qapıda hamının hərarəti ölçülməlidir. Hər masaya spirt qoyulmalıdır. Belə olan halda hüquqi şəxlərin də məsuliyyəti azalır. Obyektə daxil olan insanların hamısı da qaydalarla bağlı məlumatlandırılmalıdır ki, məsuliyyət fərdi olsun. Yəni bir nəfərin “naqolay” əməlinə görə, sabah kimsə toy yiyəsinin, şadlıq evi sahibinin yaxasından yapışıb cərimələməsin. Bu, mədəni davranışla bağlı məsələdir. Pandemiya başlayandan bugünədək insanlar kifayət qədər gigiyenik qaydalara əməl edirlər, ona görə burada hər hansı problemin meydana çıxacağını düşünmürəm”.

 

Qeyd edək ki, ayrı-ayrı İcra Hakimiyyətləri rayon daxilindəki restoranlara oktyabrdan etibarən toyların keçiriləcəyinə icazə veriləcəyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:51 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06