Modern.az

Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü

Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü

24 Sentyabr 2020, 18:28

Bakıda qətl hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57a ünvanında qeydə alınıb.

 Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. T. Tağıyevə çoxsaylı bıçaq zərbələri endirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Hazırda qatilin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi