Modern.az

Rusiyadan Ermənistana hərbi sursat daşınır - FAKTLAR

Rusiyadan Ermənistana hərbi sursat daşınır - FAKTLAR

Qarabağ

28 Sentyabr 2020, 13:52

Rusiya Ermənistana hərbi yardımını davam etdirir.

Modern.az-ın açıq mənbələrdən əldə etdiyi məlumata əsasən, Rusiyaya məxsus hərbi nəqliyyat təyyarələri Rostov-na-Donudan Yerevana reyslər edir.

                                                 

İlk hərbi reys sentyabrın 26-dan 27-nə keçən gecə, Ermənistan Ordusunun hərbi hücumundan bir neçə saat öncə həyata keçirilib. Daha bir An-124 təyyarəsi döyüşlər başlayan 6 saat sonra Yerevan aeroportuna eniş edib.

Növbəti saatlarda daha 1 hərbi təyyarə Rostov-na-Donudan Yerevana eniş edib.

Həmin təyyarələrin Ermənistana hərbi texnika daşıdığı ehtimal olunur.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır