Modern.az

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa səs verib” - Deputat

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa səs verib” - Deputat

1 Oktyabr 2020, 11:34

“Bu günə kimi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında iki deklarasiya  qəbul olunub. Biri İstanbul, digəri isə Kiyev deklarasiyasıdır”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, İstanbul deklarasiyası 2017-ci ildə qəbul olunub:

“Bu deklarasiyanın mahiyyəti və mətni ondan ibarətdir ki, QDİƏT PA-nın bütün üzvləri bir-birinin ərazi bütövlüyünü tanıyır və hörmət edir. O cümlədən Ermənistan da bu təşkilatın üzvüdür. Bu deklarasiya vasitəsilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa səs verib”.

Musa Quliyev Kiyev deklarasiyasından da danışıb:

“İkinci deklarasiya olan Kiyev deklarasiyası 2018-ci ildə QDİƏT PA-nın yaranmasının 25-ci ildönümünə həsr olunmuş  xüsusi  sessiyada qəbul olunub. Kiyev deklarasiyası daha da irəli gedərək, həm ölkələrin ərazi bütövlüyünün tanınmasını, həm də işğal olunmuş ərazilərdən işğalçı qoşunların qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənilərin də üzv olduğu bu təşkilatın 2 qətnaməsi Qarabağın işğaldan azad olunmasını birbaşa tələb edir. Burada 12 dövlətin imzası var. Ermənistan bir deklarasiyanın qəbulunda iştirak etməyib, birində isə neytral qalıb. Əsas odur ki, deklarasiya qəbul olunub. Dünyada bütün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub