Modern.az

Qələbə xəbərləri Twitter-i azərbaycanlılar arasında populyarlaşdıracaq

Qələbə xəbərləri Twitter-i azərbaycanlılar arasında populyarlaşdıracaq

Media

5 Oktyabr 2020, 12:15

Son günlər Twitter-in Azərbaycan seqmentində istifadəçilərin sayı artmaqdadır. Bu isə Ali Baş Komandan, Prezident İlham Əliyevin qələbə xəbərlərini məhz Twitter sosial şəbəkəsi vasitəsilə elan etməsilə birbaşa bağlıdır.

“Madagiz bizimdir”, “Cəbrayıl şəhəri bizimdir” tvitləri illərdir qələbəyə ac olan azərbaycanlıların yarasına sanki su səpib. Artıq vətəndaşlar hər gün, hər saat ölkə rəhbərinin yeni qələbə tvitini böyük həyəcanla gözləməkdədirlər.

 

Milli Məclisin komitə sədri Tahir Mirkişili Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin qələbə xəbərlərini  Twitter-dən elan etməsi təqdirəlayiq haldır:

“Çünki Azərbaycanın apardığı Vətən müharibəsinin Ali Baş Komandanı cənab Prezidentdir. Twitter sosial şəbəkələrin rəsmi dili sayılır. Facebook, İnstagram və digər sosial şəbəkələrdən fərqli olaraq, diplomatik, rəsmi dil Twitter-də istifadə olunur. Təəssüf ki, bizim azərbaycanlı istifadəçilərin böyük əksəriyyəti Facebook-dadırlar. Twitter-in getdikcə populyarlaşması dünyada gedən trenddir. Mən düşünürəm ki, xəbərlərin cənab Prezident tərəfindən tvit edilməsi, insanların daha çox şad xəbər almaq üçün Twitter-dən istifadənin populyarlaşmasına səbəb olacaq”.

 

Deputatın sözlərinə görə, ümumilikdə müasir texnologiyalardan istifadə edilməsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir:

“Fikir veririsinizsə, biz döyüşdə, informasiya siyasətində müasir texnologiyalardan istifadə edirik. Cənab Prezidentin məhz cəbhə, qalibiyyət xəbərlərini Twitter-dən elan etməsi Azərbaycanın ən müasir ölkələri sırasında olmasına dəlalət edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!