Arxiv
20 Oktyabr 2020, 21:15 | AKTUAL
Azərbaycan vacib olan hücum və müdafiə sistemlərinə malikdir - İtalyan professor

Dünya ölkələrinin enerji siyasəti ilə bağlı tədqiqatlar aparan “Sənaye və Energetika üzrə Tədqiqatlar” cəmiyyətinin “RiEnergia” internet portalında Venesiyanın “Ka Foskari” universitetinin tədqiqatçısı professor Karlo Frappinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və enerjinin çəkisi” adlı məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

 

Məqalədə Azərbaycanın Avrasiya məkanının əsas karbohidrogen istehsalçılarından biri kimi SSRİ-dən müstəqillik əldə etdikdən sonra daha effektiv şəkildə enerji sektorunu inkişaf etdirməyə müvəffəq olmuş ölkə olduğu bildirilir və qeyd olunur ki, Bakı istehsala başlamaq və hazırda daha geniş Cənub Qaz Dəhlizinin ilk seqmenti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi boru kəmərlərin tikintisi vasitəsilə regional (Türkiyə, Gürcüstan) və Avropa (ilk növbədə İtaliya) bazarlarına əhəmiyyətli həcmdə ixracı həyata keçirmək üçün lazımi maliyyələşmə, “know how” və diplomatik dəstəyi əldə etməyə müvəffəq olmuşdur.

 

Məqalədə münaqişə ilə bağlı fikirlərini ifadə edən müəllif son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki Gəncə hava limanı, Mingəçevir SES, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji infrastruktur obyektlərinə raket zərbələri endirmək cəhdləri barədə danışır və bu hücumların Ermənistan üçün ağır diplomatik nəticələrinin olacağını vurğulayır.

 

K.Frappi enerji gəlirlərinin və bu sahəyə sərmayə qoyuluşunun münaqişəyə təsiri və rolunu da qiymətləndirərək, bu kontekstdə son on beş il ərzində Bakının öz enerji resurslarından əldə etdiyi gəlirlərin ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi və silah-sursatın alınması üçün vəsait ayrılmasına imkan verdiyini vurğulayır və bu vəsaitin Ermənistanın bütövlükdə dövlət büdcəsi həcmində olduğunu diqqətə çatdırır. Eləcə də, Azərbaycanın enerji potensialının güclənməsi ilə yaranan assimmetriyanın son toqquşmalar zamanı da özünün göstərdiyini qeyd edir.


Müəllif enerjiyə sərmayə qoyuluşunun xarici ölçüsünün də münaqişəyə az təsir göstərmədiyini bildirir və izah edir ki, beynəlxalq enerji və ya qeyri-enerji nəqliyyat infrastrukturları üçün xərclənmiş vəsait faktiki olaraq Bakıya regional səviyyədə rolunu artırmaqla həm tranzit ölkələr, həm də karbohidrogen istehlakçısı olan ölkələr ilə əlaqələri genişləndirməyə və gücləndirməyə imkan vermişdir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün qoyulmuş böyük həcmdə investisiyalar bu dinamikanı göstərən ən böyük sübutdur. Müəllif Azərbaycanın şərq-qərb oxu üzrə (Azərbaycan, Gürcüstan və Türkiyə arasında) həyata keçirilmiş dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi təşəbbüsləri və şimal-cənub oxu üzrə (İran, Azərbaycan və Rusiya arasında) çoxdandır inkişaf mərhələsində olan təşəbbüslərindən də danışır.

 

Bundan əlavə, məqalədə qeyd olunur ki, enerji sektorunda əldə etdiyi gəlirlər hesabına Azərbaycan münaqişənin həll olunması məqsədilə Ermənistanı danışıqlarda güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərini qurmuşdur. 90-cı illərin ortalarında “ərazi əvəzinə neft kəməri” məntiqi ilə münaqişənin həlli üçün enerjidən təzyiq kimi istifadə etmək cəhdi müvəffəqiyyətsizliyə uğramaqla, infrastrukturun inkişaf etdirilməsi siyasəti “Ermənistanın regional inkişafdan təcrid edilməsi” məntiqi ilə aparılmışdır. Ermənistanın regional layihələrə cəlb edilməsi ehtimalının münaqişənin həllinə birbaşa bağlı olduğu qeyd olunmaqla vurğulanır ki, bu, 1993-cü ildə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsinə cavab olaraq sərhədlərini bağlamış Türkiyə ilə həmin sərhədlərin yenidən açılması fonunda Ermənistanın “boğulan” iqtisadiyyatına təkan vermiş ola bilərdi.

 

Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür:

https://rienergia.staffettaonline.com/articolo/34621/Il+conflitto+in+Nagorno-Karabakh+e+il+peso+dell'energia/Frappi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?