Modern.az

Ukraynada yaşayan azərbaycanlı ailəsindən Ordumuza DƏSTƏK

Ukraynada yaşayan azərbaycanlı ailəsindən Ordumuza DƏSTƏK

Aktual

21 Oktyabr 2020, 15:54

20 ilə yaxındır Ukraynanın Odessa vilayətində yaşayan Quliyevlər ailəsi Azərbaycan əsgərinin sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatını və bu əməliyyat zamanı torpaqlarımızın işğaldan azad olunmasını alqışlayır.


Ailə üzvü Faiq Quliyev Modern.az saytı vasitəsi ilə Azərbaycan  əsgəri və xalqı ilə həmrəy olduqlarını, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən savaşda iştirak etmək istədiklərini, müvafiq qurumlara müraciət etdiklərini bildirib, lakin onlara müsbət cavab verilmədiyini, lazım gəldikdə çağırılacaqlarını deyib.


F.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tarix yazır və Quliyevlər ailəsi bununla qürur duyur, əllərindən gələni əsirgəməmək üçün Silahlı Qüvvələr Yardım Fonduna ianə ayırıblar.


Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir