Modern.az

Paşinyan Qarabağla bağlı yenidən sərsəmlədi - Sülhdən İMTİNA ETDİ

Paşinyan Qarabağla bağlı yenidən sərsəmlədi - Sülhdən İMTİNA ETDİ

21 Oktyabr 2020, 16:24

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, “Facebook” vasitəsilə xalqa canlı müraciət edən Paşinyan münaqişənin danışıqlar yolu ilə həll variantlarının tükəndiyini açıqlayıb.

“Hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidləri, səslənən fikirləri və s. artıq bitmiş hesab etmək olar. Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”-deyə hökumət rəhbəri deyib.

 
Paşinyan ermənilərə sona qədər mübarizə aparmalı olduqlarını da deyib.

"Hər kəs əlinə silah almalı, vətəni qorumalıdır. Cəmi iki seçimimiz var: qələbə və yaxud məğlubiyyət. Başqa seçim yoxdur. Artsax olmasa,  Ermənistan da olmayacaq",-deyə Paşinyan sərsəmləməsində vurğulayıb.

O, həmçinin, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi