Arxiv
23 Oktyabr 2020, 20:00 | DİASPOR
Fuad Muradov Türkiyənin tanınmış media qurumlarının təmsilçilərilə görüşüb

Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Anadolu Yayımçılar Dərnəyi və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyi ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin dəstəyi ilə Azərbaycanda səfərdədirlər.

 

Anadolu Yayınçılar Dərnəyinin rəhbəri, “Millət” xəbər agentliyinin direktoru Sinan Burhanın rəhbərlik etdiyi Türkiyəli jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsininin sədri Fuad Muradovla görüşüblər.

 

Komitə sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarını dəfələrlə ağır artilleriya atəşinə tutması, mülki əhalini və obyektləri hədəfə alması haqqında danışıb. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların və türkdilli dövlətlərin diasporlarının işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı keçirdikləri etiraz aksiyaları barədə geniş məlumat verib.

 

O, qardaş ölkənin hər zaman və hər bir məsələdə Azərbaycanın yanında olduğunu qeyd edib. Ermənistanın təxribatlarının işıqlandırılmasında göstərdikləri fədarkarlıqlara görə Türkiyəli media təmsilçilərinə təşəkkürünü bildirib. Komitə sədri əlavə edib ki, münaqişənin əsl mahiyyətinin beynəlxalq mediaya çatdırılmasında qardaş ölkənin jurnalistləri və iri media qurumları əhəmiyyətli əlaqələrə malikdir və aparıcı rol oynaya bilər.

 

Daha sonra Türkiyəli jurnalistlərin Qarabağ münaqişəsi, cəbhədə baş verənlər, Azərbaycanın haqlı mövqeyi ilə bağlı suallarına cavab verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39