Modern.az

ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb

Aktual

24 Oktyabr 2020, 14:50

ABŞ hərb-dəniz qüvvələrinin döyüş təyyarəsi Alabama ştatında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər Bolduin dairəsi şerifinin ofisinə istinadla məlumat yayıb.

 

Təlim təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın hər iki üzvünün həlak olduğu, yerdə isə heç kəsin zərər çəkmədiyi bildirilir. Amerika hərbi-hava hazırlığının komandanlığı həlak olan təyyarəçilərin doğmalarına Twitter-də başsağlığı verib.

 

İnsidentin təhqiqatı ilə Müdafiə Nazirliyi və hərbi-dəniz donanmasının əməkdaşları məşğul olacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu