Arxiv
24 Oktyabr 2020, 15:05 | AKTUAL
Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan Mətbuat Şurasının Fransanın “TF1” telekanalının yerli erməni lobbisi tərəfindən təhqir və hədə-qorxularla üzləşməsi ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

 

Şuradan Modern.az-a verilən məlumata görə, müraciətdə deyilir:

 

"2020-ci il sentyabrın 27-dən aktiv hərbi əməliyyatlar mərhələsinə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu, həm Azərbaycan xalqının haqlı mövqeyinin təbliği, həm də ümumən dünyanın Qarabağ məsələsinə ədalətli münasibətinin formalaşması baxımından müstəsna əhəmiyyət daşımaqdadır.

 

Torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünü var. Onlar Dağlıq Qarabağı və işğal edilmiş yeddi rayondakı evlərini məcburi tərk etmiş vətəndaşlarımızdır. Bir insanın 30 il doğulduğu, boya-başa çatdığı torpağa, yaşadığı evə gedə bilməməsinin nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Xalqımız bu məhrumiyyətlərlə yaşamaqdadır.

 

Təəssüf ki, dünya ictimaiyyəti ötən 30 ildə sadaladığımız reallıqlara biganə qalıb. Bu, 1 milyon azərbaycanlının taleyinə biganəlikdir. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Qərbin bir sıra kütləvi informasiya vasitələri Qarabağ həqiqətlərinə yenə ədalətsiz və qərəzli yanaşırlar. Bütün bunları görürük və Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirən KİV-lərin işinə dəyər verir, onların fəaliyyətini yüksək qiymətləndiririk. Fransanın “TF1” telekanalına rəğbətimiz də məhz bundan qaynaqlanır.

 

Telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.

 

Onu da təəssüflə bildirməliyik ki, “TF1” telekanalı bu reportajı yaylmladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb.

 

Azərbaycan Mətbuat Şurası olaraq Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqıdan hiddətlənir, faktı qətiyyətlə pisləyirik. İfadə etdiyimiz mövqe bütövlükdə Azərbaycan jurnalistlərinin məsələyə sərt yanaşmasıdır.

 

Erməni lobbisinin özbaşınalığını ümumilikdə Qərb dəyərlərinə münasibətdə ciddi təhdid kimi qiymətləndiririk. Bu təhdid eyni zamanda qitə üçün olduqca mənfi presedentdir və əgər qarşısı alınmasa, daha ciddi fəsadlar törədə bilər. Düşünmək mümkündür ki, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz sujetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanacaqdır. Sizlərdən belə bir acınacaqlı durumu yalnız təsəvvürə gətirməyinizi xahiş edirik. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük. İstərdik ki, sizlər də görəsiniz və önləyici tədbirlərin həyata keçirilməsi üçün dəstəyinizi əsirgəməyəsiniz.

 

“TF1” telekanalının üzləşdiyi təzyiq nəinki Fransada, ümumilikdə Avropada qanunçuluğa təhdiddir. Bu təhdid söz və ifadə azadlığı kimi ali dəyərləri heçə saymağı, mediaya, jurnalistə qarşı təzyiqi, hədə-qorxunu normaya çevirə bilər. İstərdik ki, bunu da nəzərə alasınız.

 

Biz, Azərbaycan jurnalistləri Sizləri – dünyanın aparıcı media qurumlarını, insan hüquqları birliklərini və beynəlxalq təşkilatları Fransanın “TF1” telekanalına, onun əməkdaşı Liseron Budula qarşı Fransadakı erməni lobbisi tərəfindən həyata keçirilməkdə olan mənəvi təzyiqlərə, hədə-qorxulara biganə qalmamağa çağırırıq.

 

Biz Fransa hakimiyyəti orqanlarını “TF1” telekanalı ilə bağlı yaranmış durumu ciddi nəzarətə götürməyə səsləyirik. Arzu edərdik ki, Fransa hakimiyyəti hazırkı vəziyyətin həssaslığını nəzərə alaraq, erməni lobbisi tərəfindən ölümlə hədələnən xanım Liseron Budulun həyatı üçün təhlükə yarandığını düşünsün.

 

İstərdik ki, “TF1” telekanalı vaxtilə Məhəmməd Peyğəmbərlə bağlı karikatura yayımladığı üçün təzyiqlərlə üzləşən “Charlie Hebdo” satirik jurnalı kimi Fransa hakimiyyəti tərəfindən təhlükəsizlik himayəsinə alınsın.

 

Bir daha Sizləri “TF1” telekanalı ilə bağlı diqqətə çatdırdığımız məsələyə həssas yanaşmağa, söz və ifadə azadlığına qarşı açıq təhdidlərə susmamağa, məsələyə ciddi mövqe nümayiş etdirməyə çağırırıq. Qətiyyətinizə əminliyimizi bildiririk".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?