Modern.az

Əfqanıstanda partlayış - onlarla insan həlak oldu

Əfqanıstanda partlayış - onlarla insan həlak oldu

Aktual

24 Oktyabr 2020, 23:52

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində törədilmiş partlayış nəticəsində azı 29 nəfər həlak olub, daha 72 insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən “TOLOnews” telekanalı bildirib.

Telekanalın məlumatlarında bildirilir ki, hadisə tədris mərkəzinin yanında olub. İlkin informasiyaya görə, hücum kamikadze tərəfindən edilib.

 

“Al Arabiya” telekanalı isə öz növbəsində bildirib ki, partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Daha əvvəl 1TV telekanalı hadisə zamanı 20 nəfərin həlak olması və 30 nəfərin xəsarət alması barədə bildirib (report).

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır