Modern.az

Kiyevin meri koronavirusa yoluxdu

Kiyevin meri koronavirusa yoluxdu

Aktual

25 Oktyabr 2020, 09:23

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko koronavirusa yoluxub.

 

Modern.az merin “Telegram” sosial şəbəkəsinə istinadla xəbər verir ki, Kliçkonun COVID-19 infeksiyası üçün oktyabrın 24-da verdiyi testin cavabı müsbət olub.

 

Kliçko özünü yaxşı hiss etdiyini bildirib və ev şəraitində müalicə alacağını qeyd edib. Mer kiyevliləri karantin rejiminə ciddi əməl etməyə çağırıb.

 

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxma faktı sutkalıq 7 min nəfərdir, onun da əksəriyyəti Kiyev şəhərinin payına düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü