Modern.az

Aygün Bayramovanın “Əsgərə məktub”u

Aygün Bayramovanın “Əsgərə məktub”u

Mədəni̇yyət

18 Noyabr 2020, 17:25

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.


Bu dəfə Azərbaycanın Xalq artisti Aygün Bayramova “Əsgərə məktub” yazıb: 


“Əziz əsgərlərimiz, bu günlərdə həm sevincliyik, həm kədərliyik. Sevincliyik ona görə ki, 30 illik həsrətə son qoyuldu. Şəhid olan igid oğullarımızı görəndə isə kədərlənirik. Azərbaycan xalqı Sizinlə fəxr edir. Allah hamınıza can sağlığı versin.
 

Əsgər adı çəkiləndə kövrəlirəm. Sizə canımız qurban olsun. Bizim əsgərlərimiz igid, cəsur, qəhrəmandırlar. Sizin qarşısında baş əyirəm.
Şəhid olan balalarımıza Allah rəhmət eləsin, qəbrləri nurla dolsun. Onların yeri onsuz da cənnətdir.
Onların sayəsində biz bu günləri yaşıyırıq. Biz şəhidlərə borcluyuq. Hər gün onları xatırlayıb, ziyarət etməliyik.

 

Bizim igid oğullarımız, mən sizinlə fəxr edirəm!”.

 


Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü