Arxiv
19 Noyabr 2020, 13:52 | ÖLKƏ
Azərbaycanda xüsusi karantin rejimi dekabrın 28-dək UZADILDI

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı məlumat yayıb. Modern.az həmin məlumatı təqdim edir:


- Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir. 


- Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.  

 

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib: 

● Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

● Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

● 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

● 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır; 

● 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. 

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. 

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. 

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16