Modern.az

Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsini İCRA EDİB

Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsini İCRA EDİB

Qarabağ

20 Noyabr 2020, 12:05

Azərbaycan Ordusunun uğurları fonunda noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannamənin icra olunması prosesi davam edir.

 

Modern.az xəbər verir ki, razılaşmaya əsasən, bu gün işğal altındakı Ağdam rayonu Azərbaycana qaytarılıb.

 

Beləliklə, Azərbaycan Ordusu Qarabağ cəbhəsindəki uğurları ilə BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsini icra edib. 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun işğalını pisləyən və ərazidən erməni hərbi birləşmələrinin çıxarılmasını tələb edən qətnamə 27 il sonra Azərbaycan Ordusunun iradəsi sayəsində icra olunmağa başlayıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar