Modern.az

Türkiyə Müdafiə Nazirliyindən əməliyyatlarla bağlı açıqlama

Türkiyə Müdafiə Nazirliyindən əməliyyatlarla bağlı açıqlama

Aktual

23 Noyabr 2020, 00:01

Türkiyə ordusu təkcə son ay ərzində terrorçuluğa qarşı 31 əməliyyat keçirib, onlardan 8-i geniş miqyaslı olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

Qeyd olunub ki, Türkiyə hərbçilərinin müvəffəqiyyətli əməliyyatları nəticəsində regionda bir ay ərzində 80 terrorçu zərərsizləşdirilib.

Terrorçulara qarşı əməliyyatlar İraqın şimalında da davam edir.

 

""Pençe” kodu altında terrorçuluğa qarşı əməliyyatların müxtəlif mərhələləri çərçivəsində 2019-cu il mayın sonlarından bu günə kimi İraqda 348 terrorçu zərərsizləşdirilib", - deyə nazirlikdən bildirilib.

 

Məlumatda o da vurğulayıb ki, Türkiyə ordusunun hərəkətləri regionda terrorçuluq təhlükəsinin azalmasına gətirib çıxarıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir