Modern.az

Jurnalist Amil Avey dünyasını dəyişdi

Jurnalist Amil Avey dünyasını dəyişdi

Allah rəhmət eləsi̇n

23 Noyabr 2020, 01:11

Qocaman jurnalist, “Müxalifət” qəzetinin keçmiş əməkdaşı Amil Avey vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə onun həmyerlisi və həmkarı Akif Aşırlı bildirib.

O, Amil Aveyin Almaniyada vəfat etdiyini deyib.

“Axırıncı dəfə çapdan yenicə cıxmış şeirlər kitabını gətirmişdi redaksiyaya. Kitab haqda bir məqalə də çap elədik. Rəhmətlik Alı Mustafayevlə eyni kənddən idi, ikisini də ədəbiyyata bağlılıq jurnalistikaya gətirmişdi. Alı Mustafayevdən cox danışar, kövrələr, sözünün sonunda "Dəli bir ağlamaq kecir könlümdən" deyib kövrələrdi. Bir müddətdən sonra sosial şəbəkələrdən xaricdə olduğunu öyrəndim. Ağır xəstəlik bu məğrur əqidə adamını əymişdi. Dərdinə əlac tapılmayıb. Rövşən Kəbirlinin yazdığına görə, son nəfəsdə oğlundan soruşub ki, gör nə yazırlar, Türk Ordusu Azərbaycana gedibmi?

Ruhun şad olsun, ustad, Türkiyə Ordusu Azərbaycandadır, bayrağımız bütöv Azərbaycanda dalğalanacaq. Arzuların çin olacaq. Hələ Qazaxın işğal olunan kəndləri də geri qayıdacaq, ruhun sevinəcək”,-A.Aşırlı keçmiş iş yoldaşı haqda bildirib.


Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır