Modern.az

“Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı

“Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı

25 Noyabr 2020, 17:40

“Komandaya azarkeşlik etmək izah edilməz hissdir. Yağışda, palçıqda oyuna gələn insanlar var. Ölümünə sevgi”.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz deyib.

 

Vətən müharibəsində şəhid olan “Qalatasaray” azarkeşi Fərid Dursonov barədə fikirlərini bölüşən futbol funksioneri onun atası ilə əlaqə saxladığını söyləyib: “Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəylə danışdım, çox sevindi. Eyni hisslər məndə də oldu. “Övladım yaşasaydı, çox xoşbəxt olardı” dedi. Bu bir tutqudur, digər komandalarımız üçün də ola bilər. İnsan təkcə maddi şeylərlə yaşamaz. Bizi burada mənəvi dəyərlər, “Qalatasaray”a olan sevgimiz saxlayır. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli hissləri bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin”.

Qeyd edək ki, Fərid Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” vəsiyyətini etmişdi. “Qalatasaray” klubu dünən həm onun, həm də digər şəhidimiz Murad Məmmədovla bağlı sosial şəbəkədə paylaşım edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır