Modern.az

Azərbaycanda \"Ağıllı şəhər\" layihəsinin yekun strategiyası hazırlanır

Azərbaycanda \

28 Noyabr 2020, 13:18

Azərbaycanda "ağıllı şəhər" konsepsiyasının tətbiq olunması üzrə araşdırmaların aparıması planlaşdırılır.

 

Bunu Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu iş Nazirliklə yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb:

"Bu layihə çərçivəsində RACI matritsası hazırlanıb, "Ağıllı şəhər" layihəsinin reallaşdırılması planı və reallaşdırılma mərhələləri müəyyənəşdirilib. İkinci mərhələdə ilk mərhələnin qiymətləndirilməsi üzrə hesabat və "Ağıllı şəhər"in digər ağıllı şəhərlərlə müqayisəli hesabatı hazırlanacaq".

 

Nazirlikdən bildiriblər ki, hazırda "Ağıllı şəhər" strategiyasının yekun, üçüncü mərhələ üçün hazırlanması üzrə iş aparılır:

"Bunun ilk nəticələri artıq görünməkdədir. Bakıda ağıllı şəhər komponentlərinin iilk nümunələri quraşdırılıb. Buraya avtobus dayanacaqları, "ağıllı" skamyalar və işıq dirəkləri daxildir. Bunlar Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti "RD SMART" MMC tərəfindən hazırlanıb. Şəhər xidmətlərinin qiymətləndirilməsinə əsasən, Bakı "ağıllı şəhər" xidmətlərinin inkişaf səviyyəsinə görə nümunəvi şəhərdir".

 

Nazirlikdən bildiriblər ki, İsmayıll rayonunda "ağıllı" avtobus dayanacaqları quraşdırılıb. Günəş enerjisi ilə işləyən "ağıllı" dayanacaq hər 10 dəqiqədən bir tərkibində spirt, xlor və digər zərərli maddələr olmayan və azərbaycanlı alimlər tərəfindən hazırlanmış BIOSANIS dezinfeksiya vasitəsini 10 saniyə müddətində fısqırtmaqla gözləyənləri virusa yoluxmadan qoruyur.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi