Modern.az

Tramp hər zaman sözünün arxasındadır - Ərdoğan jest etdi

Tramp hər zaman sözünün arxasındadır - Ərdoğan jest etdi

Dünya

Bu gün, 17:20

Ankaradakı Beştəpə Kompleksində keçirilən rəsmi qarşılanma mərasimindən sonra Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə ABŞ Prezidenti Donald Trump Prezident Sarayında ikitərəfli görüş keçiriblər. Daha sonra hər iki lider jurnalistlərin qarşısına çıxıb.

Modern.az "Milliyet"ə istinadən xəbər verir ki, Ərdoğan çıxışında bildirib:

“Cənab Trampın səfəri bizə əlavə güc verib. Ona ‘xoş gəlmisiniz’ deyirəm. Bu səfərin nə qədər mühüm olduğunu xüsusi vurğulamaq istəyirəm. NATO Liderlər Zirvəsinin bu gün Ankarada keçirilməsi və dünya liderlərinin ölkəmizdə bir araya gəlməsi Türkiyə üçün mühüm hadisədir”

Daha sonra çıxış edən Tramp deyib:

“Ərdoğan olmasaydı, NATO sammitinə gəlməzdim. Biz çox yaxşı dostuq. Ərdoğan əla iş görür. Yollar yenidir, bütün dünyada hörmət qazanırsınız. Münasibətlərimiz çox yaxşıdır, Ərdoğanla kimyamız tutur. Türkiyə hərbi baxımdan da çox güclü ölkədir. Cənab Ərdoğana böyük hörmətim var. Hər iki ölkənin maraqlarına uyğun məsələləri müzakirə edəcəyik. İran məsələsindən də danışacağıq. Türkiyə ilə çoxlu ticarət əlaqələrimiz və uğurlu layihələrimiz var. Sizinlə birlikdə olmaq bizim üçün şərəfdir. Çox gözəl yeməklər yeyəcəyik”.

Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı suala da cavab verib:

“F-35 məsələsi ilə bağlı qərar verməliyik. Bu, bizim qəbul etməli olduğumuz qərardır. Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. F-35-lər möhtəşəmdir. Bu, nəzərdən keçirə biləcəyimiz məsələdir”.

F-35 mövzusuna münasibət bildirən Ərdoğan isə qeyd edib:

“F-35 məsələsi bizim üçün yeni deyil. Biz bunu ABŞ ilə daha əvvəl də müzakirə etmişik. Beş təyyarə ilə bağlı söz almışıq. Cənab Trampın da bu məsələdə ayrıca sözü var. Liderlərlə keçirəcəyimiz görüşdə daha əvvəl verilən vədlərin müsbət nəticəsini görəcəyimizə inanıram. Tramp həmişə sözünün arxasında duran insandır. Zirvədən müsbət qərarın çıxacağını düşünürəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV