Modern.az

Tramp F-35-lərlə bağlı Türkiyəyə ümid verdi

Tramp F-35-lərlə bağlı Türkiyəyə ümid verdi

Dünya

Bu gün, 17:10

ABŞ Prezidenti Donald Trump Türkiyəyə "Lockheed Martin F-35 Lightning II" qırıcılarının satışı ilə bağlı qərarın hələ verilmədiyini, lakin bunun mümkün olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

ABŞ prezidenti bildirib ki, Vaşinqton bu məsələ ilə bağlı qərar qəbul edəcək.

"Düşünürəm ki, bir çox insan, o cümlədən burada əyləşənlər də soruşar: niyə bunu etməyək? Hazırda Türkiyə ilə münasibətlərimiz xeyli yaxşıdır. Türkiyə bir çox məsələdə bizdən bunu gözlədiyimiz bəzi ölkələrdən daha sadiq tərəfdaş olduğunu göstərib", – deyə Tramp vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV