Modern.az

Aİ-yə namizəd ölkələr üçün platforma yaradılması təklif olunur

Aİ-yə namizəd ölkələr üçün platforma yaradılması təklif olunur

Dünya

Bu gün, 19:43

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrləri üçün xüsusi platformanın yaradılmasını təklif edib.

O, bildirib ki, belə bir format ölkələrə Avropaya inteqrasiya sahəsində təcrübə mübadiləsi aparmağa, həm uğurlu təcrübələri, həm də qarşıya çıxan çətinlikləri müzakirə etməyə imkan verəcək. Papuaşvili qeyd edib ki, platforma çərçivəsində parlamentlər və profil komitələr səviyyəsində birgə həll yollarının hazırlanması da mümkün olacaq.

Parlament sədri vurğulayıb ki, bu cür təşəbbüs Avropa İttifaqı üzvlüyünə can atan ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verə bilər.

Qeyd edək ki, Papuaşvili daha əvvəl Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Gürcüstanın suverenliyinə hörmət etmədiyini bəyan etmişdi. Həmçinin, Gürcüstan Lüksemburqdan Aİ ilə dialoqun bərpasına dəstək göstərməsini xahiş edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV