Modern.az

Putinlə Zelenski razılaşmaq istəyir - Tramp

Putinlə Zelenski razılaşmaq istəyir - Tramp

Dünya

Bu gün, 17:54

ABŞ Prezidenti Donald Trump bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin sülh razılaşmasına nail olmaq istəyirlər.

Modern.az xəbər verir ki, Tramp bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə görüşünün açıq hissəsində səsləndirib.

“Putin də, Zelenski də razılığa gəlmək istəyir. Təəssüf ki, bu proses çox vaxt apardı. Düşünürəm ki, nəticə əldə olunacaq”, – deyə ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, ona mütəmadi olaraq Ukraynadakı döyüş bölgələrindən görüntülər göndərilir və bunlar xoş mənzərə deyil.

“Mənə şəkillər göndərirlər. Açığı, bəzən demək istəyirəm ki, onları mənə göndərməyin”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, həmin görüntüləri ona göndərənlərdən biri də ABŞ müdafiə naziridir.

Tramp bildirib ki, müharibənin nəticələrini əks etdirən bu görüntülərə baxmaq onun üçün xoş deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV