Rusiyada Ukraynanın hücum etmədiyi heç bir iri neft emalı zavodu qalmayıb.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada keçirilən NATO Sammitində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın strateji arxa cəbhəyə malik olması barədə təsəvvürü tamamilə dağıdıb:
“Uzun illər onlar hesab edirdilər ki, hərbi istehsalı, texnikanı və müharibə üçün vacib olan digər obyektləri təhlükəsiz şəkildə dərin arxa cəbhədə saxlaya bilərlər. Düşünürdülər ki, heç kim onlara çata bilməz. Amma biz çatdıq. Ukrayna pilotsuz uçuş aparatları ötən gün Rusiyanın hava hücumundan müdafiə sistemlərini yararaq Sibirdə yerləşən neft emalı zavodlarından birinə zərbə endirib. Bu, istisna hal deyil və artıq Rusiyada Ukraynanın hücum etmədiyi heç bir iri neft emalı zavodu qalmayıb. Avropanın qarşısında duran əsas vəzifələrdən biri Rusiyanın ballistik raketlərinə qarşı etibarlı müdafiə sistemi yaratmaqdır. Bu Rusiyanın hələ də qoruyub saxladığı əsas üstünlüklərdən biridir”.