Modern.az

Zərdabda koronavirus xəstəsi saxlanıldı

Zərdabda koronavirus xəstəsi saxlanıldı

Aktual

29 Noyabr 2020, 14:51

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, aktiv COVİD-19 virusunun daşıyıcısı olanbu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkarlanıb .

 

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantinrejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu