Modern.az

Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO

Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO

Aktual

1 Dekabr 2020, 09:40

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb.

 

AAYDA-dan Modern.az-a verilən məlumata görə, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edir.

 

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

 




Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir