Modern.az

İki rayonda işıqlar kəsiləcək

İki rayonda işıqlar kəsiləcək

Aktual

Bu gün, 09:00

Bu gün Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, iyunun 30-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi prospekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Nizami Abdullayev küçəsini əhatə edəcək.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada