Modern.az

İran Gürcüstandakı azərbaycanlıları ələ alır - İDDİA

İran Gürcüstandakı azərbaycanlıları ələ alır - İDDİA

Analitika

Bu gün, 09:50

Məhərrəm ayı münasibətilə Gürcüstanda yaşayan soydaşlarımızın keçirdikləri Tasua və Aşurə günləri sosial şəbəkələrdə olduqca ciddi müzakirə mövzusu olub. Mərasimlərdə İrana aid simvolikalar, o cümlədən mərhum Ali dini lider Seyid Əli Xameneinin şəkilləri aktiv şəkildə istifadə olunub. Belə ki, müzakirələr parlament müstəvisinə keçib. Hətta Gürcüstan parlamentinin vitse-spikeri səviyyəsində məsələyə münasibət bildirilib.

Gürcüstan və Azərbaycanda sosial şəbəkələrdə Gürcüstandakı dindar soydaşlarımızın İran təsiri altında qaldığı irəli sürülüb.

Modern.az mövzu ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında sabiq sədr bildirib ki, Gürcüstanda azərbaycanlı müsəlmanlara İranın təsiri olduqca güclüdür:

“Burada Türkiyə  və İranın təsirlərindən danışmaq olar. Ancaq dini baxımdan ən çox təsiri olan ölkə İrandır.  İrandan Gürcüstana nümayəndələr gedir, həmin nümayəndələr oradakı dindarlarla əlaqələr qurub, saxlayırlar. Hətta oradakı din xadimləri İrana gedib-gəlirlər. Mənə elə gəlir ki, maddi kömək də edilir. Dini təsir baxımdan Türkiyə və Səudiyyə Ərəbistanı isə geridə qalır. Türkiyənin geridə qalmasının əsas səbəbi Gürcüstandakı soydaşlarımızın daha çox şiə olması ilə bağlıdır. Çünki buradakı dindarlar öz işlərini özləri görür, məscidlər tikirlər. Artıq çoxdandır, Qafqaz Müsəlmanları İdarəsindən də ayrılıb, öz idarələrini - Bütün Gürcüstan Müsəlmanları İdarəsini yaradıblar”.  

R.Əliyev vurğulayıb ki, İranın təsiri getdikcə daha da güclənəcək:

“Gürcüstanda dini məsələlər daha da  güclənəcək. Bizə bunun tam nə qədər xeyri və ziyanı var, deyə bilmərəm. Hər halda Gürcüstan üçün bu problem yarada bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada