Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun seçkilərindən sonra parlamentin rəhbərliyindən kənarlaşdırılan Alen Simonyanla münasibətlərinin pisləşdiyi barədə yerli KİV-lərin yaydığı məlumata münasibət bildirib.
Modern.az xəbər verir ki, Paşinyan jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırıb.
Nikol Paşinyan Alen Simonyan ilə aralarında fikir ayrılığı olduğu barədə yayılan iddiaları təkzib edərək deyib:
"Aramızda heç bir parçalanma yoxdur. Fikirlərimizi tutuşduracağıq və birgə fəaliyyətimizi davam etdirəcəyik".
Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası yeni parlamentin sədri vəzifəsinə vitse-spiker Ruben Rubinyanın namizədliyini irəli sürüb. Son 5 ildə spiker işləyən Alen Simonyana isə bu dəfə etimad göstərilməyib.
Məlumatlara görə, Paşinyan Alen Simonyana yeni vəzifə verəcək.