Modern.az

Azərbaycanda virusa yoluxmada yeni antirekord - 41 nəfər öldü

Azərbaycanda virusa yoluxmada yeni antirekord - 41 nəfər öldü

1 Dekabr 2020, 14:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 125602 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 76897 nəfər müalicə olunaraq sağalıb, 1433 nəfər vəfat edib, aktiv xəstə sayı 47272 nəfərdir.

 

Ölkədə son sutka ərzində 17621, hazırkı dövrədək isə 1746198 test aparılıb. 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır