Modern.az

Göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsildi

Göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsildi

Hadisə

13 Sentyabr 2026, 12:12

İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib. Gəmidə 243 nəfər olub.

Modern.az xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Əməliyyat koordinatoru Putu Sudayana bildirib ki, gəmi ən son Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.

Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.

Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!