Modern.az

Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü

Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü

2 Dekabr 2020, 16:49

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbə bələdiyyəsinin sədri dünyasını dəyişib.


Modern.az xəbər verir ki, bu barədə Trend-ə Binəqədi rayon Bələdiyyəsindən bildirilib. Məlumata görə, bələdiyyə sədri İlham Xəlilov koronavirusdan vəfat edib. Bələdiyyə sədri virusla əlaqədar xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İ. Xəlilov xəstəxanada dünyasını dəyişib.

1958-ci il təvəllüdlü Xəlilov İlham Məmməd oğlu 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub, 2018-ci ildə yenidən bələdiyyə sədri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir