Arxiv
2 Dekabr 2020, 19:33 | AKTUAL
Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib.



Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycana səfir təyin olunması münasibətilə A.Ceyhunu təbrik edən C.Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

 

Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsziliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

 

A.Ceyhun Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Səfir Əfqanıstanın Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

C.Bayramov Əfqanıstan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən ƏSGƏRLƏRİMİZ - Daşaltı əməliyyatı 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38 Baş nazir istefa verəcək 25 Yanvar 2021, 23:29 “Türk Hava Yolları” bu ölkəyə uçuşları dayandırdı 25 Yanvar 2021, 23:17 Sumqayıtda maşın piyadanı vurub öldürdü 25 Yanvar 2021, 23:03 Avtobus qəzasında 21 nəfər öldü 25 Yanvar 2021, 22:54 Xırdalandakı partlayışda yaralananların ADLARI 25 Yanvar 2021, 22:43 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər” 25 Yanvar 2021, 22:36 Bayden transgenderlərin orduda xidmətinə icazə verdi 25 Yanvar 2021, 22:22 AŞPA-dakı bəzi qruplar vəziyyəti qızışdırmağa çalışırlar - Səməd Seyidov 25 Yanvar 2021, 22:15