Arxiv
22 Dekabr 2020, 20:47 | MEDİA
10 azərbaycanlı jurnalist Nişantaşı Universitetində dərs alacaq - FOTO

Media könüllüləri-145 layihəsinin təlimləri uğurla davam edir.

 

Modern.az-ın məlumatına görə, 22 dekabrda keçirilmiş növbəti onlayn təlimlərdə NTV-nin xəbər aparıcısı, Nişantaşı Universitetinin müəllimi Seda Öğretir və Nişantaşı Universitetinin digər müəllimi Hamdi Arslan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

 

İlk seminarda Seda Öğretir tələbələrin "Onlayn media"nın sürətlə inkişaf etdiyi bir çağda telejurnalistilər müasir zamanın "nəbzi"ni necə tutmalı? Xəbər aparıcısı necə olmalı? Gözəl diksiyaya necə sahib olmaq olar? və s. kimi suallarını cavablandırıb.

 

Seda Öğretir həmçinin ənənəvi media sayılan telejurnalistikanın "yeni media"ya transformasiya olunmağından bəhs edib.

 

Bəs, "yeni media" nədir? Yeni media insanların kompüter, internet, mobil texnologiyalardan istifadə etməklə, zaman və məkan asılılığı olmadan ünsiyyətdə olduqları media mühitidir. Yeni media kommunikasiya mühitinin internet üzərində olmasıdır.

 

"Onlayn"a transformasiyanın vacibliyini vurğulayan Seda Öğretir xəbər aparıcılığı etdiyi media qurumu - NTV-nin də  bu mühitə konvergensiyasından danışıb.

 

Xəbər çatdırılmasından danışan Seda Öğretir xəbər aparıcılarının özəlliklərini də vurğulayıb. Onun fikrincə, xəbər aparıcısı gözəl olmaya bilər, amma baxımlı, səliqəli olmalıdır. Xanım aparıcılar izləyicini özünə yox, xəbərə cəlb etməlidir. Qırmızı dodaq boyası, gözqamaşdırıcı aksessuarlardan istifadə etmək izləyicinin fikirini xəbərdən yayındırır.

  

Azərbaycan vaxtı ilə saat 3-də baş tutmuş onlayn seminarda isə Hamdi Arslan tələbələrlə görüşüb.

Hamdi Arslan telexəbərdə qrafiklərdən istifadə haqqında danışıb və tələbələrin bir sıra suallarını cavablayıb.

Qəzetlərdə, kitablarda oxucuları cəlb etmək üçün bəzəkli qrafik elementlərdən, şrift stillərindən istifadənin doğru olmadığını, dizaynın yox, əsas mövzunun oxucunu cəlb etməli olduğunu qeyd edib. Türk maqazin mediasında belə hallara çox rast gəlindiyini söyləyib.

  

Qeyd edək ki, "Media könüllüləri-145" layihəsi Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyinə və "Könüllülər ili"nə həsr olunub. Layihənin rəhbəri Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Layihənin əsas məqsədi tələbə jurnalistlərin xarici mediaya inteqrasiyasını təmin etmək və bu vasitə ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq, cəmiyyət üçün həssas və ciddi sahə olan jurnalistika sahəsində peşəkar addımlamalarına təkan verməkdir.

Layihədə Bakı Dövlət Universitetinin 145 tələbəsi iştirak edir.

 

Bundan öncə tələbələrə tanınmış savaş müxbiri İrfan Sapmaz hərbi jurnalistika təlimi keçmişdi. Təlim iştirakçıları sertifikatlarla təltif olunmuşdular.

Digər görüş isə jurnalistikanın məşhur simalarından olan Bülent Çöltekin ilə telejurnalistika ilə bağlı baş tutmuşdu.

 

Bu dəfəki təlimlərdə müəllimlərin dərsləri barədə mətbuatda, sosial şəbəkələrdə çıxış edən tələbələrdən ən yaxşı 10 yazı müəllifi Nişantaşı Universitetinin jurnalistika fakültəsinin onlayn dərslərinə qatılmaq imkanı əldə edəcək.

 

Layihə çərçivəsində növbəti təlimlər SMM işi (sosial media meneceri) ilə bağlı olacaq.

 

Könül Hüseynova

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lirə antirekord vurmaqda DAVAM EDİR 25 Oktyabr 2021, 15:02 Sabirabaddakı qətlin istintaqı YEKUNLAŞDI 25 Oktyabr 2021, 14:50 Daha bir erməni izi: Bakı-Naxçıvan dəmir yolunda ağac bitib - FOTO 25 Oktyabr 2021, 14:45 Apteklərdən oğurluq edən şəxs saxlanıldı 25 Oktyabr 2021, 14:40 “Teleradio” İstehsalat Birliyinə baş direktor təyin edildi 25 Oktyabr 2021, 14:36 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə GÖRÜŞDÜ 25 Oktyabr 2021, 14:30 Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 Yasamalda narkotik əməliyyatı - 15 nəfər saxlanılıb (VİDEO) 25 Oktyabr 2021, 14:20 11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub 25 Oktyabr 2021, 14:15 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00