Arxiv
6 Yanvar 2021, 15:16 | MEDİA
Hərbi verilişin aparıcısından ETİRAZ: “Onu vermə-bunu vermə, bəs nə edək?!”

İctimai Televiziyada yayımlanan “RADİUS” hərbi-analitik proqramının aparıcısı Heydər Mirzə Vətən Müharibəsinin kadrlarını əks etdirən peşəkar videogörüntülərin olmamasından şikayətlənib.

Modern.az-ın məlumatına görə, teleaparıcı hərbi verilişi hazırlayarkən ciddi problemlə üzləşdiklərini etiraf edib:

“Veriliş çəkirsən, müharibə xatirələri haqda müsahibə gedir, arxa fona kadr yığmaq istəyirsən. Nə götürməlisən? Bəli - real döyüş kadrları. Bunlar hardadır? Bəli, ya ermənilər, Peqov, ANNA- falan çəkənlərdir, ya da ki bizim əsgər və zabitlərimizin videoya çəkdikləri. Çünki müharibə zamanı jurnalistlərimiz, müxbirlərimiz real döyüş şəraitində yalnız artilleriya döyüşünü çəkə bilirdilər. Bir jurnalistimiz, müxbirimiz dərinlikdə gedən döyüşləri çəkməyib, çünki icazə yox idi. Əsgər və zabitlərin də çəkdiklərinin verilişdə göstərilməsinə icazə verilmir. O olmaz, bu olmaz, onun üstündə araşdırma gedir, burda tədqiqat aparılır. Bəs nə qaldı? Nə verim mən müharibə haqda kadrlara?! Nə göstərim Qubadlının ya Şuşanın alınması haqda?! A kişi, o mövqelərdə artıq hərbi sirr əhəmiyyətini itirib, o ərazilər də artıq arxa cəbhədir, o kadrları çəkən qardaş da Allah bilir bəlkə artıq şəhid olub... Yooox, olmaz”.


Heydər Mirzə deyib ki, cəbhədə əsgər və zabitlər tərəfdən videolar icazə ilə çəkilib ya yox, bu,  təbii ki araşdırılmalıdır və araşdırılır da.

“Bu qanundur, qaçılmazdır, bütün dünyada ordu belə qurulur. Amma bu videolar məsələsi bütün KİV-i lüt-üryan qoyub, belə işləmək olmur.

Adam oturub PK-dan atır, adi kadrdır, hərbi sirrin iyi belə yoxdur videoda. Yoooox, olmaz. Olmaz - olmaz. Onda oturaq Şuşa haqqında qazilərimiz danışanda verək Peqovu və ANNA-nı. Hərdən də müharibədən əvvəl çəkilmiş təlim kadrlarını göstərək ki, guya döyüşdür.

Əminəm ki, bu, bütün telekanalların, hərbi müxbirlərin, blogerlərin problemidir, hesab edirəm ki fikirlərimi bir çoxları bölüşür.

Əgər kimsə fikirləşir ki müharibə xronikasını, tarixini yalnız PUA kameralarının yazıları ilə etmək olar - demək, ümumən mediadan və müasir dünyadan xəbəri yoxdur”,- deyə “RADİUS”un aparıcısı giley-güzar edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00