Modern.az

“Azərxalça”nın həbs edilən sədrinin oğlu da istefa verib? - Nazirlikdən AÇIQLAMA

“Azərxalça”nın həbs edilən sədrinin oğlu da istefa verib? - Nazirlikdən AÇIQLAMA

Hadisə

11 Yanvar 2021, 17:18

İki gün öncə həbs edilən “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovun oğlunun tutduğu vəzifədən istefa verməsilə bağlı məlumat yayılıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirlyiinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a bildirib ki, məlumat həqiqəti əks etdirmir:

 

“Yayılan məlumat doğru deyil. Polis polkovniki vəzifəsini başındadır”.

 

Qeyd edək ki, V. Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsinin rəisidir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi